Berliner Zeitung: “Dmitriev Rusiya-ABŞ danışıqlarında əsas fiqur oldu”

“Berliner Zeitung”un yazdığına görə, Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev Rusiya ilə ABŞ arasında aparılan danışıqlarda mühüm rol oynayıb. Məqalənin müəllifi Tomas Fasbender Dmitriyevi Ukraynada münaqişə başlayandan bəri ABŞ-a səfər edən ilk “ən yüksək səviyyəli Kremlin rəsmisi” adlandırıb. Fassbender Dmitriyevin təhsilini (Stenford və Harvard), Goldman Sachs və McKinseydə iş təcrübəsini, həmçinin Donald Trampın komandası ilə “köhnə əlaqələri” qeyd edib. Müəllifin fikrincə, danışıqlarda Amerika tərəfi vəziyyəti Dmitriyev kimi dərindən dərk etmir. Rusiya Birbaşa İnvestisiya Fondu (RDIF) 2011-ci ildə təsis edilmiş Rusiya Federasiyasının suveren investisiya fondudur. Fondun məqsədi Rusiya iqtisadiyyatına xarici investisiyaların cəlb edilməsidir.
Surxay Əliyev