Trampın niyə Rusiyaya tariflər tətbiq etmədiyi məlum oldu...

Ağ Evin iqtisadi müşaviri deyib ki, ABŞ prezidenti Donald Trampın Ukraynada müharibəyə son qoymaq üçün aparılan danışıqları əsas gətirərək Rusiyaya qarşı ticarət tarifləri tətbiq etməmək qərarına gəlib. Milli İqtisadiyyat Şurasının rəhbəri Kevin Hassett bu barədə ABC telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, “minlərlə ukraynalı və rusiyalının həyatı təhlükə altında olduğu” bir şəraitdə Moskva ilə ticarət müharibəsinə başlamaq “uyğun deyildi”. ABŞ demək olar ki, bütün müttəfiqlərinə, o cümlədən Ukraynadan idxala 10% tariflər tətbiq etdi, lakin Rusiya kənarda qaldı. Hassett vurğulayıb ki, Tramp “iki məsələni qarışdırmaq” istəməyib. O, etiraf edib ki, Moskva daha sonra “danışıqlar nəticəsində” sanksiyalara məruz qala bilər. Lakin Kanada və Meksika kimi ölkələr analoji güzəştlər almadılar. "Rusiya indi sülh və müharibə sualı qarşısındadır. Qalanları yox", - deyə Hassett bildirib. O, həmçinin qeyd edib ki, yeni rüsumların açıqlanmasından sonra 50-dən çox ölkə ABŞ-a danışıqlara başlamaq təklifi ilə müraciət edib. Onun sözlərinə görə, bu, Trampın strategiyasının işə yaradığını sübut edir.
Surxay Əliyev