İran silahlı qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi

Bu barədə Reuters diplomatik mənbəyə istinadən xəbər verir. Qeyd olunur ki, bu qərarı ali dini lider Əli Xamenei ABŞ-ın mümkün hərbi əməliyyatı ilə bağlı xəbərlər fonunda verib. Tehran qorxur ki, ABŞ-la nüvə sazişi bağlamaq üçün çox az vaxt qalıb. Əgər danışıqlar uzanarsa, İsrail İrana hücum edə bilər. Martın əvvəlində Tramp İranın Ali Rəhbərinə məktub göndərərək İranın nüvə proqramı ilə bağlı Tehranla razılığa gəlməyə üstünlük verəcəyini bildirmişdi. İran cavab məktubunda birbaşa danışıqlardan imtina edib, lakin üçüncü ölkələrin vasitəçiliyi ilə danışıqlara hazır olduğunu bildirib. Öz növbəsində, Tramp NBC News-a müsahibəsində İranın ABŞ-la razılığa gəlmədiyi təqdirdə “görünməmiş bombardmanlarla” hədələyib.
Surxay Əliyev