İsrail iki britaniyalı deputatı ölkədən qovdu...

BBC News xəbər verir ki, Britaniyanın xarici işlər naziri Devid Lemmi İsrail hakimiyyətini iki Leyborist deputatın ölkəyə girişinə icazə vermədiyinə və onları saxladığına görə tənqid edib. “Mən İsrail hökumətindəki həmkarlarıma açıq şəkildə bildirdim ki, britaniyalı deputatlara qarşı bu cür rəftar qəbuledilməzdir”, - deyə Lemmi bildirib. O, bunu “qəbuledilməz, əks-məhsuldar və dərin narahatlıq doğuran” addım adlandırıb və əlavə edib ki, Xarici İşlər Nazirliyi hər iki deputatla əlaqə saxlayıb, onlara dəstək olub.
İsrail Əhali və İmmiqrasiya İdarəsi İsrail mətbuatına verdiyi açıqlamada, Abtisam Mohamed və Yuan Yangın İsrailə qarşı “nifrət dolu ritorika” yaymaq niyyətində olduqları üçün ölkəyə buraxılmadığını bildirib.
Surxay Əliyev