“Trampın Ukraynaya sülh gətirəcəyinə inanmaq sadəlövhlükdür”

The Telegraph nəşri qeyd edir ki, Trampın hakimiyyətinin başqa bir şeylə, xüsusən də Ukraynadakı müharibəni bitirməklə yadda qalacağına ümid etmək sadəlövhlükdür. Nəşr Rusiya diktatoru Putinə istinad edərək yazır: “Bu arada, başqa biri yəni Putin Avropanın xəritəsini yenidən cızmaqla tarixdəki yerini arzulayır”. Nəşr qeyd edib ki, Putin Ukraynanı darmadağın etmək üçün nüvə silahı istisna olmaqla, Rusiyanın arsenalında olan bütün vasitələrdən istifadə edib. "Ukrayna məğlubiyyətsiz olaraq qalır - amma bu heyrətamiz müqavimət nə qədər davam edə bilər?"- deyə nəşr soruşur. Jurnalistlər qeyd ediblər ki, Ağ Evdə qəbul edilən Kreml təbliğatına görə, Ukraynada rusların sarsıdıcı üstünlüyü var. Bir sözlə SSRİ-ni yenidən yaratmaq üçün Putin hazırda iki silahdan istifadə edir: “Hərbi çəkicdən və iqtisadi oraqdan”.
Surxay Əliyev