Rusiya Ukraynanın qərbini bombaladı - Polşa NATO qırıcılarını havaya qaldırdı...

Polşa ordusunun əməliyyat komandanlığı Rusiya qüvvələrinin Ukraynanın qərbinə endirdiyi hava zərbələrindən sonra Polşa və NATO müttəfiqlərinin təyyarələri bazar günü səhər saatlarında Polşa hava məkanının təhlükəsizliyini təmin etmək üçün səfərbər edilib. “Atılan addımlar risk zonaları sayılan həmsərhəd rayonlarda təhlükəsizliyin təmin edilməsinə yönəlib”, - deyə komandanlığın sosial şəbəkədə yaydığı məlumatda deyilir.
Bazar günü saat 02:00-dan etibarən bütün Ukrayna ərazisində hava hücumu xəbərdarlığı qüvvədə olub və Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın raket zərbələri barədə xəbərdarlıq edib.
Surxay Əliyev