Avropa və ABŞ-da Tramp və Maska qarşı etiraz aksiyaları keçirilir

BBC News xəbər verir ki, ABŞ prezidenti Donald Tramp və onun milyarder müttəfiqi İlon Maska qarşı Avropada və ABŞ-da bir sıra nümayişlər keçirilir. Berlindən Londona qədər etirazçılar “xaosa son” çağırışları edir və Ukraynaya dəstək ifadə edirlər. Media London, Paris və Berlindəki nümayişlərdən xəbər verir. Britaniyanın “The Guardian” nəşrinin məlumatına görə, ABŞ-da da minlərlə insanın iştirak etdiyi etiraz aksiyaları Kaliforniyadan Delaverə qədər keçirilir.
Surxay Əliyev