Orban İsrailin, Netanyahu Macarıstanın bayrağının altında dayandı...

Macarıstan və İsrailin baş nazirləri Viktor Orban və Benyamin Netanyahu bu həftə Budapeştdə birgə mətbuat konfransı keçiriblər.Lakin tədbir zamanı baş nazirlər bayraqları səhv salıblar. Telex portalı buna diqqət çəkib.Belə ki,cümə axşamı keçirilən mətbuat konfransı zamanı beynəlxalq xəbər agentliklərinin fotoşəkilləri Viktor Orbanın İsrail bayrağının qarşısında, Netanyahunun isə Macarıstan bayrağının altında dayandığını göstərir. Onların yerlərini niyə dəyişdikləri məlum deyil. Eyni zamanda, Macarıstanın dövlət xəbər agentliyi MTI öz fotobankında Macarıstan baş nazirinin mətbuat xidmətindən cəmi altı fotoşəkil təqdim etsə də heç birində bayraqlarla bağlı hər hansı bir çaşqınlıq göstərilmədi.
Surxay Əliyev