İsrail də Suriyada Türkiyə ilə qarşıdurma istəmir

Adının açıqlanmasını istəməyən İsrail rəsmisi jurnalistlərə deyib: “Biz Türkiyə ilə münaqişə istəmirik və ümid edirik ki, Türkiyə də bizimlə münaqişə istəmir”. "Ancaq biz Türkiyənin sərhədimizdə yerləşməsini də istəmirik və bunu həll etməyin hər cür yolu var", - deyə İsrail rəsmisi bildirib.
Öz növbəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan dünən Reuters agentliyinə verdiyi müsahibədə Yaxın Şərqdə baş verənləri dəyərləndirərkən Türkiyənin İsraillə münaqişə etmək istəmədiyini bildirib. Fidan deyib: "Türkiyə Suriyada İsraillə qarşı-qarşıya gəlmək istəmir. İsrailin hücumları Suriyanın yeni hökumətinin İŞİD "terror təşkilatı" və digər təhdidlərin qarşısını almaq imkanlarını zəiflədir. İsrailin Suriyadakı hərəkətləri regional qeyri-sabitliyə gətirib çıxarır. Suriya İsraillə müəyyən razılaşmalar əldə etmək istəyirsə, bu, onların işidir".
Surxay Əliyev