“Aprelin 7-də Ağ evdə Nitanyahunun Trampla görüşəcəyi gözlənilir”

“Axios” üç İsrail rəsmisinə istinadən xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ prezidenti Donald Trampla ABŞ-ın bu yaxınlarda elan etdiyi tarifləri müzakirə etmək üçün aprelin 7-də Ağ Evə səfər edəcəyi gözlənilir. KİV-in məlumatına görə, bu səfər baş tutarsa, İsrailin baş naziri Trampla tariflərə son qoymaq üçün sövdələşməni müzakirə edən ilk xarici lider olacaq.Danışıqlarda həmçinin İran və İsrailin Qəzzada Fələstinin Həmas qruplaşmasına qarşı müharibəsinin müzakirəsi də ola bilər. Bundan əvvəl Donald Trampın özü Netanyahunun planlaşdırılan səfərini açıqlamışdı.
Surxay Əliyev