Misir İsraili gərginliyi artırmaqda ittiham etdi

“Middle East Eye” yazır ki, Misir rəsmiləri İsraili Sina yarımadasının şimalında qoşunların hərəkətini ölkələr arasında imzalanan sülh müqaviləsinin pozulması kimi dəyərləndirərək, gərginliyi artırmaqda günahlandırıblar. Qahirədəki yüksək rütbəli diplomatik mənbə bildirib ki, Misir və İsrail arasında münasibətlər Qəzza müharibəsi başlayandan bəri ən aşağı səviyyədədir, çünki İsrailin yeni hücumundan sonra fələstinlilərin anklavdan məcburi köçkün düşməsi qorxusunu artırıb. İsrailli və fələstinli analitiklər həmçinin xəbərdarlıq ediblər ki, İsrail hökuməti həm Qəzzada etnik təmizləməni asanlaşdırmaq, həm də İsrailin daha geniş regional strateji ambisiyalarını inkişaf etdirmək üçün ictimai rəyi Misirə qarşı yönəldərək münaqişəni qızışdırmağa çalışır.Bu həftənin əvvəlində İsrail mediası Misirin Qəzza ilə həmsərhəd olan Sinay yarımadasının şimalında hərbi varlığına icazə verilən qoşun kvotalarını aşdığını, həmçinin limanlarda və hava bazalarında yeni infrastruktur qurduğunu bildirmişdi. İsrail rəsmiləri bu məsələlərin Qahirə və Vaşinqtonda qaldırıldığını bildirib.
Müdafiə naziri İsrael Katz isə cümə axşamı bildirib ki, İsrail Misirin 1979-cu il Kemp Devid razılaşmalarını pozmasına imkan verməyəcək. Lakin keçmiş yüksək rütbəli Misir zabiti “Middle East Eye”-a bildirib ki, heç bir pozuntu yoxdur və mövcud qoşun səviyyələri və digər hərbi əməliyyatlar ilkin müqaviləyə və sonrakı düzəlişlərə uyğundur.
Surxay Əliyev