ABŞ-ın Yəmənə hücumlara görə nə qədər pul xərclədiyi məlum oldu

Husilərlə müharibə Amerikaya baha başa gəlir, bu şübhəli nəticələrə səbəb olub. Nəticə hətta Tramp administrasiyası daxilində belə mübahisələrə səbəb olub. Belə ki, ABŞ-ın Yəməndə husilərə qarşı martın 15-də başlatdığı hərbi əməliyyat ölkəyə təxminən 1 milyard dollara başa gəlib, lakin onun effektivliyi suallar doğurur. CNN mənbələrə istinadən xəbər verir ki, Pentaqon raketlər və döyüş sursatları, o cümlədən Tomahavk, JSOV idarə olunan bombalar və JASSM raketləri üçün yüz milyonlarla dollar xərcləyib. Zərbələrdə B-2 bombardmançı təyyarələri iştirak edib və bölgəyə yeni təyyarədaşıyanlar, qırıcılar və hava hücumundan müdafiə sistemləri yerləşdirilir.
Pentaqonun məlumatına görə, Birləşmiş Ştatlar Husilərin bir neçə hərbi obyektini məhv edib və bir sıra komandirlərini öldürüb. Lakin qrup yenə də Qırmızı dənizdəki gəmiləri atəşə tutmaqda və Amerika pilotsuz təyyarələrini vurmaqda davam edir, bu yaxınlarda bir ay ərzində ABŞ-ın ikinci MQ-9 Reaper-i məhv edildi. Yeraltı anbarlara zərbələr isə səmərəsiz olduğunu sübut etdi. Belə ki,husilər tədarükləri gizlətməkdə davam edir və döyüş effektivliyini itirmirlər. İndi ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandiri Erik Kurilla özü zərbələr üçün əmr verə bilər - Ağ Evin icazəsi olmadan. ABŞ prezidenti Donald Tramp husilər hücumlarını dayandırana qədər əməliyyatı davam etdirəcəyinə söz verib. Amma tənqidlər getdikcə artır. Hətta vitse-prezident Vens belə The Atlantic tərəfindən nəşr olunan Siqnal söhbətində əməliyyatı "səhv" hesab etdiyini və Konqresin əlavə pul ayırıb-ayırmamağı müzakirə etdiyini deyib Bundan əlavə, ABŞ-ın Hind-Sakit okean regionu komandanlığı da narahatdır - onların fikrincə, husilərə qarşı uzaqmənzilli raketlərin tətbiq edilməsi Çinlə mümkün münaqişəyə hazırlığı zəiflədir. Pentaqon isə deyir ki, o, silahlardan dəqiq və səmərəli istifadə edir və heç bir çatışmazlıq yoxdur. Lakin skeptiklər xərclərin böyük olmasına baxmayaraq hücumların dayandırılması məqsədinə hələ də nail olunmadığını deyirlər.
Surxay Əliyev