Azərbaycan- Ermınistan müharibəsi yenidən başlasa ,Rusiya və İranln reaksiyası belə olacaq....

“Xain xoflu olar”məsəli sanki ermənilərin boyuna biçilib. Belə ki, Azərbaycanın nəinki Ermənistana heç bir ölkəyə qarşı hücumu ağlına belə gətirmədiyi halda ermənilər Azərbaycanın Ermənistana mümkün hücumu haqda nağıllar uydurur və bu halda baş verənlərə Rusiyanın və İranın necə münasibət göstərəcəyini öz aləmlərində araşdırırlar. Bu işdə onların oxşarı olan üzdəniraq rusiyalı politoloq Mixail Aleksandrov da ermənilərə yardımçı olmaq qərarına gəlib. Belə ki,Rusiyalı politoloq hesab edir ki,əgər ermənilər 1990-cı illərdəki kimi vuruşsalar, yəni o vaxtkı kimi, Rusiyanın dəstəyilə Azərbaycan ərazilərini işğal edə bilsələr o zaman kənardan yardım alacaqlar; Ermənistanda Rusiyanın hərbi bazası var, İran isə yaxınlıqdadır. Bu fikirləri rusiyalı politoloq Mixail Aleksandrov “Ermənistan xəbərləri” – NEWS.am-ın müxbiri ilə söhbətində dilə gətirib.
Ekspert əlavə edib ki, İran indi daha çox öz təhlükəsizliyinin hayına qalıb. “Tramp seçildikdən sonra Tehran başa düşdü ki, Birləşmiş Ştatlar İrana müdaxilə edə bilər və onun ərazisinə zərbələr endirməyə başlaya bilər, ona görə də İslam Respublikası ABŞ-ı kənarda oturtmalı və nüvə silahı yaratmaq üçün vaxt qazanmalıdır”, deyə o, əlavə edib. Mixail Aleksandrovun sözlərinə görə,doğrudur İran Azərbaycanın Ermənistana hərbi təcavüzü ilə razılaşmayacaq, lakin onların Azərbaycanla döyüşmək ehtimalı azdır. Bununla belə, Aleksandrov etiraf edib ki, İran Ermənistana silah dəstəyi verə bilər. O, Rusiyanın da vəziyyətə müdaxilə edə biləcəyini istisna etməyib. “Lakin belə bir addımın atılmasının zəruriliyinə inanmaq üçün, Ermənistanın Rusiya üçün etibarlı müttəfiq olduğuna əmin olmaq lazımdır”, - deyə politoloq vurğulayıb.
Surxay Əliyev