Reuters: “Tramp administrasiyası Baydenin satmaqdan imtia etdiyi silahları İsrailə satdı”

Reuters və məsələ ilə tanış olan bir mənbənin əldə etdiyi sənədə görə, ABŞ Prezidenti Donald Tramp administrasiyası keçən ay İsrailə 20 mindən çox ABŞ istehsalı olan hücum tüfəngi satıb.Hansı ki, keçmiş prezident Co Bayden administrasiyası həmin silahların israilli ekstremist qrupların əlinə keçə biləcəyindən ehtiyat edərək bundan imtina etmişdi. Agentliyin sənədə istinadən verdiyi məlumata görə, Dövlət Departamenti martın 6-da Konqresə 24 milyon dollarlıq satışla bağlı bildiriş göndərib və bu bildirişdə istifadəçinin İsrail Milli Polisi olacağı bildirilir. Tüfəng satışı Vaşinqtonun İsrailə verdiyi milyardlarla dollarlıq silahla müqayisədə kiçik bir işdir. Lakin Bayden administrasiyası silahların İsrailin işğalı altında olan İordan çayının qərb sahilində fələstinlilərə qarşı hücumlar həyata keçirən israilli ekstremistlərin əlinə keçə biləcəyi səbəbilə bu satışı təxirə salmışdı. Bayden administrasiyası həmçinin İsrail işğalı altında olan İordan çayının qərb sahilindəki fələstinlilərə qarşı zorakılıq aktları törətməkdə günahlandırılan şəxslərə və qurumlara qarşı sanksiyalar tətbiq etmişdi. Lakin Prezident kimi fəaliyyətə başladığı ilk gündə - yanvarın 20-də Tramp ABŞ-ın israilli məskunlaşanlara qarşı sanksiyaları ləğv edən fərman verdi. Beləliklə Tramp administrasiyası fələstinlilərə qarşı qətliamlar törətmək üçün İsrailə milyardlarla dollarlıq silah satışına icazə verdi.
Surxay Əliyev