Dmitriyev:”Rusiya ilə ABŞ arasında birbaşa uçuşların bərpası müzakirə edildi”

Moskva və Vaşinqton Rusiya ilə ABŞ arasında birbaşa hava əlaqəsinin bərpasını müzakirə edirlər. TASS xəbər verir ki, bunu Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri, Rusiya prezidentinin xarici ölkələrlə iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev deyib.
"Səfirliyimiz və Xarici İşlər Nazirliyi çox sayda mühüm məsələlər, o cümlədən ruslar üçün praktiki məsələlər üzərində işləyir. Və faktiki olaraq, birbaşa uçuşların bərpası istiqamətində fəal iş aparılır. Və biz bu məsələdə irəliləyiş əldə edəcəyimizə ümid edirik", - deyə o, Vaşinqtonda kiçik bir jurnalist qrupuna açıqlamasında qeyd edib.
Surxay Əliyev