Türkiyədə hotel yanıb, 6 nəfər zəhərlənib

Türkiyənin Muğla əyalətinin Marmaris rayonunda beşulduzlu hoteldə yanğın nəticəsində altı nəfər tüstüdən zəhərlənib. “TRT Haber”-in məlumatında deyilir ki, hoteldəki 680 nəfər təxliyə edilərək başqa mehmanxanalara köçürülüb. Məlumata görə, yanğın nəzarət altına alınıb. Hotelin qazanxanasından başladığı ehtimal olunan yanğının səbəbi araşdırılır.
Mətləb