Dmitriyev ABŞ nümayəndələri ilə Moskva-Vaşinqton dialoqunun bərpasını müzakirə etdi

TASS xəbər verir ki, Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri, Rusiya prezidentinin xarici ölkələrlə iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev bildirib ki, o, ABŞ prezidenti Donald Tramp administrasiyasının əsas üzvləri ilə Moskva və Vaşinqton arasında dialoqun bərpasını müzakirə edib. “Bilirsiniz, əslində, son iki gündür ki, mən prezident Putinin adından burada Vaşinqtonda Tramp administrasiyasının əsas üzvləri ilə görüşlər keçirirəm”, deyə Dmitriyev Vaşinqtonda kiçik bir qrup müxbirlə söhbətində bildirib. "Əsas mövzulardan biri, əlbəttə ki, Rusiya-Amerika münasibətlərinin bərpası, dialoqun bərpası, Bayden administrasiyası dövründə tamamilə dayandırılmış dialoqdur" deyə Putinin xüsusi nümayəndəsi qeyd edib . RDIF rəhbəri həmçinin bildirib ki, ABŞ prezidenti Donald Trampın administrasiyası Rusiyanın mövqeyini eşidir və onun narahatlığını anlayır. "Prezident Trampın administrasiyası, administrasiyanın əsas üzvləri, Rusiya-Amerika münasibətlərindəki bütün problemlərin həllinə yönəliblər. Təbii ki, onlar geosiyasi məsələlərin həllinə sadiqdirlər və bir çox məsələlərdə Rusiyanın mövqeyini eşidirlər", - deyə Dmitriyev yekunlaşdırıb.
Surxay Əliyev