Türkiyə İsrailin Suriyaya təcavüzünü qətiyyətlə pislədi

Türkiyə Xarici İşlər Nazirliyi İsrail nazirlərinin son bəyanatlarına kəskin reaksiya verərək onları “təxribat” adlandırıb və bunun İsrail hökumətinin “fundamentalist və irqçi” siyasətini əks etdirdiyini bildirib. Nazirliyin rəsmi bəyanatında vurğulanır ki, İsrailin aqressiv davranışı onun Qəzzada, İordan çayının qərb sahilindəki hərəkətlərini, həmçinin Suriya və Livana hücumlarını gizlətmək istəyi ilə bağlıdır. Ankara həmçinin İsrailin aprelin 2-nə keçən gecə Suriyadakı hədəflərə qarşı həyata keçirdiyi kütləvi hava və quru hücumlarını da pisləyib. Türkiyə tərəfi qeyd edib ki, Suriya ərazisində İsrailə qarşı heç bir təxribat olmayıb və hücumlar “münaqişələrdən qidalanan” siyasətin təzahürüdür. Bəyanatda həmçinin bildirilir ki, Təl-Əviv regionda sabitliyi pozur, ölkələrin ərazi bütövlüyünə qəsd edir və Yaxın Şərqin təhlükəsizliyinə “əsas təhdid” olaraq qalır. Türkiyə İsraili işğala son qoymağa, ekspansionizmdən əl çəkməyə və Suriyada nizamlanma prosesinə müdaxiləni dayandırmağa çağırır. Ankaranın fikrincə, Beynəlxalq ictimaiyyət, məsuliyyəti öz üzərinə götürməli və İsrailin “məhdud təcavüzünü” dayandırmalıdır.
Surxay Əliyev