"Qeyd-şərtsiz atəşkəsə razıyıq"- Zelenskidən açıqlama

"Ukrayna müharibənin tezliklə bitməsini istəyir və qeyd-şərtsiz atəşkəsə razı olub. Lakin Rusiya hələ də təkliflə razılaşmayıb." Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Çerniqov əyalətinin ərazi icmalarının rəhbərləri ilə görüşü zamanı söyləyib. Onun sözlərinə görə, hazırda əsas məsələ Rusiyaya təsir göstərməkdir.
"Düşünürəm ki, bunu yaxın həftələrdə, bəlkə də aylarda etmək mümkündür. Bəzən isə bu, bir anda baş verir, xüsusilə müharibənin bu hissəsinin sonuna yaxın. Biz hesab edirik ki, müharibənin qaynar fazası atəşin tam dayandırılmasıdır," – deyə prezident bildirib.
Mətləb