İsrailin müdafiə naziri Katz açıq şəkildə Suriya lideri Əhməd Şaranı hədələdi

İsrailin müdafiə naziri Yisrael Katz Suriya prezidenti Əhməd Şaraya xəbərdarlıq edib ki, "Israilin təhlükəsizliyinin Suriyadan təhdid edilməsinə imkan verilərsə,o,ağır bədəl ödəyəcək". Suriya hava limanı da daxil olmaqla, hərbi hədəflərə hücum dalğasından sonra İsraili sabitliyi pozmaqda ittiham edib. Öz növbəsində İsrail dünən gecə yarısı Suriyanın cənubuna endirdiyi hava hücumları ilə bağlı silahlı şəxslərin açdığı atəşə cavab verdiyini iddia edib. Məlum olduğu kimi,noyabrda HTŞ-nin rəhbərlik etdiyi qüvvələr Bəşər Əsədi devirəndən sonra İsrail Suriyanın hərbi obyektlərinə davamlı olaraq hava hücumları həyata keçirir.Son günlər cənubdakı Dera əyalətinin rəsmiləri Nava yaxınlığında atışma nəticəsində 9 mülki şəxsin həlak olduğunu və bir neçə nəfərin yaralandığını bildirib.
Bombanın İsrailin Suriyanın cənubuna qarşı bu günə qədər həyata keçirilən ən dərin quru əməliyyatı olduğu bildirilir. Suriya İnsan Haqları Müşahidə Qrupu bildirib ki, hava hücumu zamanı öldürülənlər “İsrailin bölgədəki məscidlərə müdaxiləsinə qarşı cihada çağıran” yerli silahlı şəxslərdir. "İsrail ordusu Suriyadan hərbi təhlükənin olmasına imkan verməyəcək və ona qarşı hərəkət edəcək", - deyə İsrail ordusunun sözçüsü bildirib. İsrailin baş naziri Benyamin Netanyahu isə hələ fevral ayında Suriyanın cənubunun tam silahsızlaşdırılmasını tələb edib. Netanyahu yeni hökumətə bağlı qüvvələrin İsrail ərazisinə yaxın yerlərdə olmasını qəbul etməyəcəklərini bəyan edib. İsrail ötən gecə Dəməşq bölgəsi də daxil olmaqla Suriyanın demək olar ki,hər yerindəki hədəfləri vurub. Suriya Xarici İşlər Nazirliyi hücumların Həma əyalətindəki hərbi hava limanının "demək olar ki, tamamilə dağıdılması" ilə nəticələndiyini, onlarla mülki vətəndaş və hərbçinin yaralandığını açıqlayıb.
Telegram-ın verdiyi açıqlamada deyilir:- sitat-"Bu ədalətsiz hücum Suriyada sabitliyi pozmaq və xalqın əzabını daha da ağırlaşdırmaq üçün məqsədyönlü bir cəhddir"-sitatın sonu. İsrailin müdafiə naziri İsrael Katz Suriya prezidentinin əvvəllər istifadə etdiyi ləqəblə çağırış edərək deyib:- "Suriya lideri Colaniyə xəbərdarlıq edirəm. Əgər düşmən qüvvələrinin Suriyaya girməsinə icazə versəniz və İsrailin təhlükəsizlik maraqlarını təhdid etsəniz, bunun əvəzini ağır ödəyəcəksiniz. Və əlavə edib ki, İsrail silahların "cihadçılar" kimi təsvir edilən yeni məmurların əlinə keçməsinin qarşısını almaq istəyir
Surxay Əliyev