Defense News: - “Pentaqonun rəhbəri ilk dəfə Ramşteyni saya almadı”

ABŞ-ın müdafiə naziri Pit Heqset ilk dəfədir ki, Ukrayna Müdafiə Əlaqə Qrupunun aprelin 11-də Brüsseldə keçiriləcək Ramşteyn formatlı görüşündə iştirak etməyəcək. Bildirilir ki, Hegset görüşdə nə şəxsən, nə də onlayn şəkildə iştirak etmək niyyətində deyil. Bu,hal ilk dəfədir ki, koalisiya Pentaqonun rəhbəri olmadan görüş keçirəcək. ABŞ-ın hətta aşağı səviyyəli nümayəndələrinin görüşdə iştirak edib-etməyəcəyi də məlum deyil. “Defence News”in mənbələri hesab edir ki, Pentaqonun Brüsselə yüksək vəzifəli məmurları göndərmək kimi bir planı yoxdur. Eyni zamanda, avropalılar üçün ABŞ müdafiə nazirinin görüşdə olmaması Donald Tramp administrasiyasının Ukraynanın silahlanmasına necə aşağı prioritetlə yanaşmasının son əlamətidir. Fevral ayında Hegset Ramsteyn iclasında iştirak etdi, lakin 26 iclasda ilk dəfə olaraq sədrlik etmədi –tədbirə Böyük Britaniya sədrlik etdi.
Lakin Hegsetin sələfi Lloyd Austin 2022-ci ildə Rusiyanın tammiqyaslı işğalından qısa müddət sonra Ramsteyni qurdu. Qrupun iclaslarından birinə şəxsən qatılmadığı yeganə vaxt isə 2024-cü ilin əvvəlində oldu. O zaman keçmiş nazir xərçəng müalicəsindən sonra səhhətində yaranan ağırlaşma səbəbindən görüşə onlayn qoşulmalı oldu.
Surxay Əliyev