Tramp ABŞ-də fövqəladə vəziyyət elan etdi - ticarət balanssızlığına görə...

ABŞ milli təhlükəsizliyi təhdid edən ticarət balanssızlığına görə fövqəladə vəziyyət elan edib. Bu barədə Amerika prezidenti Donald Tramp bəyan edib. "Bu təhlükənin mənbəyi ABŞ-dən kənarda, əsas ticarət tərəfdaşlarının daxili iqtisadi siyasətlərində və qlobal ticarət sistemindəki struktur disbalansındadır. Mən bununla təhlükəyə cavab olaraq milli fövqəladə vəziyyət elan edirəm".
Tramp deyib ki, ABŞ-nin digər ölkələrlə ticarət əlaqələrində qarşılıqlılıq yoxdur: "Üstəlik, bu münasibətlər xüsusilə son illərdə son dərəcə balanssızlaşıb".
Mətləb