Türkiyədən "Meta" şirkətinə İmamoğlu cəzası - "tələblərini yerinə yetirmədik, külli miqdarda cərimələndik"...

Facebook, Instagram və WhatsApp-ın daxil olduğu sosial media şirkəti "Meta", İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun həbsi ilə başlayan etirazlarla bağlı hökumətin hesabların bloklanması tələbini yerinə yetirmədiyi üçün Türkiyədə “külli miqdarda” cərimələndiyini açıqlayıb.
Haber7.com saytı yazır ki, "Meta" cərimənin məbləği barədə məlumat verməyib.
Metanın sözçüsü "Politico"ya deyib ki, Türkiyə hökumətinin ictimai maraqlara açıq şəkildə cavab verən paylaşımları məhdudlaşdırmaq tələblərini rədd etdik və nəticədə cərimələndik: “Hökumətin onlayn paylaşımların məhdudlaşdırılması tələbləri, eləcə də onlayn xidmətlərin bağlanması ilə bağlı hədələri çox sərtdir və insanların fikirlərini ifadə etməsinə təsir göstərir”.
TAHİR