Tramp İranı bombalamaqla hədələdi

ABŞ prezidenti Donald Tramp NBC News telekanalına verdiyi müsahibədə növbəti dəfə İranı hədələyib.Tramp ABŞ-la nüvə silahı istehsal etməyəcəyinə zəmanət verən razılığa gəlmədiyi təqdirdə İranı “bombardmanlarla” və “ikinci tariflər”lə hədələyib. "Əgər onlar razılığa gəlməsələr, bombardman başlayacaq. Və bu onların indiyədək heç vaxt görmədikləri bombardmanlar olacaq", - deyə Tramp İrana hədələr yağdırıb. ABŞ prezidenti əlavə edib ki, ABŞ və İran rəsmiləri danışıqlar aparır.
Bundan əvvəl İran prezidenti Məsud Pezeşkian bildirib ki, Tehranın Trampın məktubuna cavabı Oman vasitəsilə Amerika tərəfinə çatdırılıb. Və qeyd edib ki, ABŞ-la dolayı danışıqlar imkanı açıqdır.
Surxay Əliyev