Netanyahu atəşkəs üçün fələstinlilərin Qəzzanı tərk etməsini istədi

İsrail hökumətinin Qəzzada girov siyasətinə qarşı kütləvi etirazların davam etdiyi bir vaxtda baş nazir Benyamin Netanyahu kabinetinə “hərbi təzyiqlərin işə yaradığını” deyib.Bu barədə Times of Israel xəbər verir."Nitanyahu kabinetini inandırmağa çalışıb ki,bu bir tərəfdən HƏMAS-ın hərbi potensialını sarsıdır, digər tərəfdən isə girovlarımızın azad edilməsinə şərait yaradır". Netanyahu həmçinin İsrailin danışıqları "atəş altında" davam etdirdiyini və bunun danışıqları daha effektiv etdiyini qeyd edib.
Netanyahu iddia edib ki, İsrail girovların azad edilməsinə dair razılaşmanın “son mərhələsini” və HƏMAS ilə atəşkəs razılaşmasını müzakirə etməyə hazırdır.Sitat- "Biz hazırıq. HƏMAS silahlarını yerə qoymalıdır.Bu zaman HƏMAS iderlərinin getməsinə icazə veriləcək. Biz Qəzza zolağında ümumi təhlükəsizliyi təmin edəcəyik və Tramp planının, yəni qəzzalıların “könüllü mühacirət” planının həyata keçirilməsini təmin edəcəyik. İsrail bunu istənilən vaxt müzakirə etməyə hazırdır", - sitatın sonu.Nitanyahu onu da iddia edib ki, HƏMAS qruplaşması götürdüyü israilli girovlarla maraqlanmır.
Məlum olduğu kimi, fələstinlilərin Qəzzadan qovulmasını nəzərdə tutan qondarma “könüllü mühacirət planı”nı ilk öncə ABŞ prezidenti Donald Tramp elan etmiş, sonra isə Qəzzanı “Yaxın Şərqin Rivierası”na çevirməyi təklif etmişdi. Lakin bölgə ölkələrinin bu təklifə reaksiyası mənfi olub.
Surxay Əliyev