Suriyanın müvəqqəti prezidenti Şara yeni kabinetini açıqladı

Suriyanın paytaxtı Dəməşqdə Xalq Sarayında 61 illik Baas rejiminin devrilməsindən sonra prezident Əhməd Şaranın başçılığı ilə qurulan ilk kabinetin andiçmə mərasimi keçirildi. Mərasimdə açılış nitqi ilə çıxış edən prezident Şara, "Bu gün keçmişimizdən aldığımız güclə, güclü iradə və qətiyyətlə layiq olduğumuz gələcəyə doğru addımlamağa başladığımız gündür"- deyə qeyd edib. “Biz bu hökumətlə dəyişiklik və inkişaf yolunda qərarlıyıq”-deyən Şara bildirib ki, "Dövlət qurumlarını yenidən quracağıq, bütün proseslərdə şəffaflıq və hesabatlılıq prinsiplərini əsas götürəcəyik. Xalqımızın uzun illərdir yaşadığı iqtisadi və sosial problemlərin həlli üçün mübarizə aparacağıq. İnsan hüquqlarını qoruyacaq, onları daha da gücləndirəcəyik. Gələcək nəsillərə daha yaxşı həyat təmin etmək üçün təhsil və səhiyyə sistemimizi təkmilləşdirəcəyik" deyə vurğulayan dövlət başcısı vizyon planlarını da sadaladı. Prezident Şara, "Biz bu hökumətlə dəyişiklik və inkişaf yolunda qərarlıyıq və xalqımızın etimadını itirməmək üçün gecə-gündüz çalışacağıq"- deyib. Mərasimdə yeni kabinetdə təmsil olunan nazirlər də çıxış ediblər. Şaranın yeni kabinetindəki adları təqdim edirik:
1- Xarici işlər naziri Əsəd Həsən Şeybani.
2- Müdafiə naziri Murhaf Əbu Kəsra
3- Daxili İşlər Naziri Enes Hattab
4- Ədliyyə Naziri Mahzar əl Veys
5- Ali Təhsil Naziri Mervan Halebi
6- Vəqflər naziri Muhammed Ebu Hay Şükri
7- Sosial işlər və əmək naziri Hind Kabavat
8- Energetika naziri Məhəmməd Bəşir
9- Maliyyə Naziri Məhəmməd Yusr Berniyye
10- İqtisadiyyat naziri Nidal Şaar
11- Səhiyyə Naziri Musab Nezzal əl Əli
12- Yerli Hökumətlər Naziri Muhammed Ancerani
13- Telekommunikasiya naziri Abdüsselam Heykel
14- 14- Fövqəladə Hallar və Fəlakətlərin İdarə Edilməsi Naziri Raid Salih
15- Kənd Təsərrüfatı Naziri Emced Bedr
16- Təhsil Naziri Muhammed Abdulrahman Terko
17- İctimai işlər və məskunlaşma naziri Mustafa Əbdürazzak.
18- Mədəniyyət Naziri Məhəmməd Saleh
19- Gənclər və İdman Naziri Məhəmməd Samih Həmid
20- Turizm Naziri Mazen Salihani
21- İnzibati İnkişaf Naziri Muhammed Sikaf
22- Nəqliyyat Naziri Yarub Bedir
23- İnformasiya Naziri Həmzə Mustafa
Anadolu Agentliyinin məlumatına görə,kürdlər yeni qurulan kabinetdə təmsil olunmayıb.Onların kabinetdə təmsil olunmaması isə reaksiyalara səbəb olub. Suriya Kürd Milli Şurası (ENKS), Demokratik Birlik Partiyası (PYD) və digər kürd siyasi partiyaları kürdlərin daxil olmadığı hökuməti boykot edəcəklərini açıqlayıblar. ENKS Yerli Şura sədri Neşet Zaza açıqlamasında yeni hökumətlə heç bir əlaqələrinin olmadığını vurğulayaraq,qeyd edib ki, "Suriyada kürd xalqı ölkənin ikinci ən böyük quruluşudur. Ancaq yeni hökumətdə yer almayacağıq, çünki xalqımızın hüquqları rəsmi olaraq tanınmır və yeni konstitusiya da buna zəmanət vermir" deyə vurğulayıb.
Surxay Əliyev