Abbas Əraqçı: "ABŞ İsrailin bölgədəki qanunsuz hərəkətlərinə ortaqlıq edir"

“Mehr”agentliyi xəbər verir ki, şənbə günü Tehranda BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberqlə görüşdə Əraqçi ABŞ-ın ərəb ölkələrinin müxtəlif bölgələrinə davam edən hərbi hücumlarını pisləyib. “ABŞ-ın Yəmənə qarşı hərbi təcavüzü, sionist rejimin Qəzzadakı soyqırımı gücləndirməsinin Livan və Suriyaya hücumları ilə eyni vaxta təsadüf etməsi, ABŞ-ın İsrailin qanunsuz əməllərinə şərik olmasının və regionda qeyri-sabitliyin yayılmasında bu rejimə dəstəyinin bir-başa əlamətidir”, - deyə PressTV Abbas Əraqçıdan sitat gətirib. İranın xarici işlər naziri ABŞ-ın “Yəmən xalqı və bütövlükdə region haqqında qeyri-real anlayışa malik olmasından” təəssüfləndiyini bildirib və Amerika siyasətçilərini “Fələstində davam edən işğal və soyqırımın regionda təhlükəsizliyi təhdid edən əsas səbəb olduğunu dərk etməyə” çağırıb.
Surxay Əliyev