BCM-nın qərarını heçə sayan Netanyahu Macarıstana səfər edəcək

Benyamin Netanyahunun, ofisindən verilən xəbərə görə, İsrailin baş naziri çərşənbə günü axşam saatlarında Macarıstana uçacaq.Bu barədə Times of Israel xəbər verir. Nəzərdə tutulan səfərdə Netanyahu Macarıstanın baş naziri Viktor Orbanla görüşəcək.Məlum olduğu kimi Macarıstanın baş naziri noyabr ayında Netanyahunun Qəzzada hərbi cinayətlər törətdiyinə görə həbs edilməsi ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinin orderini rədd etməklə kifayətlənməyərək Nitanyahunu Macarıstana rəsmi səfərə dəvət etmişdi.Və bununla da Macarıstan hakimiyyəti Qəzzada fələstinlilərə qarşı soyqırım törədən Nitanyahu ilə həmfikir və suç ortağı olduğunu bildirib.
İsrail mediası xəbər verir ki, həmişə olduğu kimi, vergi ödəyiciləri hesabına təhlükəsizliyi qorunan Nitanyahu yəhudi şabatını qeyd etmək üçün ölkə xaricində olacaq.
Məlum olduğu kimi,Macarıstan İsrailin Avropa İttifaqında və NATO-da yaxın müttəfiqidir.
Surxay Əliyev