Tramp ABŞ-ın Qrenlandiyanı alacağına əmin olduğunu bildirdi

ABŞ prezidenti Donald Tramp ABŞ-ın Qrenlandiyanı almaq üçün hərbi gücdən də istifadəni istisna etməyib. O, bu barədə NBC telekanalına müsahibəsində bildirib."Biz Qrenlandiyanı alacağıq. Bəli, 100%", - deyə ABŞ prezidenti əminliyini bildirib. Onun sözlərinə görə, bunun hərbi güc tətbiq edilmədən həyata keçirilməsi ehtimalı yüksəkdir. Lakin o, “gündəmdən heç nəyin çıxarılmadığını” vurğuladı. Adanın ilhaqının Rusiyaya hansı siqnalı verəcəyini soruşduqda, Tramp onun üçün “vacib olmadığını” söylədi. "Mən həqiqətən bu barədə düşünmürəm. Mənim üçün fərqi yoxdur. Qrenlandiya tamamilə ayrı bir şeydir, tamamilə fərqlidir. Bu, beynəlxalq sülhdür. Bu, beynəlxalq təhlükəsizlik və gücdür" deyə ABŞ prezidenti əlavə edib.
Surxay Əliyev