Almanlar Qəzzada soyqırıma qarşı etiraz aksiyası keçirdi

Berlinin mərkəzində Fələstinə dəstək məqsədilə növbəti kütləvi aksiya keçirilib. Fələstin təşkilatlarının çağırışı ilə Potsdamer Platz meydanında yüzlərlə insan toplaşıb. İştirakçılar Fələstin bayraqlarını açaraq “Fələstinə azadlıq”, “İsrail terror dövlətidir”, “İsrail uşaq qatilidir”, “Almaniya silah verir, İsrail öldürür” şüarları səsləndiriblər. Aksiyanın təşkilatçıları beynəlxalq ictimaiyyətin buna səssiz qaldığı üçün İsrailin Qəzzada soyqırım törətdiyini bildirib. Bəyanatlarda rəsmi Berlinin da ünvanına kəskin tənqidlər yer alıb. Etirazçılar Almaniya hökumətini İsrail siyasətini fəal şəkildə dəstəkləməkdə ittiham ediblər. Onlar qeyd ediblər ki, silah tədarükü, diplomatik örtüklər və mitinqlərə qadağalar Almaniyanı fələstinlilərin soyqırımına şərik edir. “İsrailə silah tədarükü, beynəlxalq qurumlarda İsrail hökumətinə dəstək və etirazlara qadağa qoyulması ilə bağlı hər bir razılaşma Almaniya hökumətinin Fələstin torpaqların zəbt edilməsinə,fələstinlilərin qovulmasına və soyqırımına göz yumması deməkdir”, - deyə bəyanatda bildirilir.
Aksiya insidentsiz baş tutub.
Surxay Əıiyev