Trampın komandası “Rusiyanı qələbəyə ABŞ-ı isə məğlubiyyətə aparır”

Respublikaçılara 20 ilə yaxın rəhbərlik edən senator yenə də Trampı tənqid edib. Belə ki,Senatın keçmiş Respublikaçı lideri Mitch McConnell xəbərdarlıq edib ki, Ukraynadakı müharibəni bitirməyə çalışan ABŞ müzakirəçiləri yalnız “xəyal sülhü” təmin edən sazişlə razılaşsalar, bu “Rusiyanı qalib, Amerikanı isə məğlub” duruma gətirib çıxara bilər. “The Hill” yazır ki, MakKonnell son hadisələrə, o cümlədən ABŞ prezidenti Donald Trampın Ağ Evdə Ukrayna prezidenti Vladimir Zelenskini açıq şəkildə şəkildə qınamasını tənqid edib."Amerika rəsmiləri müttəfiqlərinin hesabına düşmənlə müzakirə aparanda,düşməni heyrətləndirmək üçün dostlarımızı ələ salanda, onlar öz biabırçı cahilliklərini nümayiş etdirirlər" –deyə senator qeyd edib. McConnell-ə görə, Birləşmiş Ştatlar bu kursunu dəyişməsə, “Rusiya qalib gəlir, Amerika isə uduzur” başlıqlı nəticə ilə üzləşəcək.Bu “Amerikanın etibarını sarsıdan, Ukraynanı risk altında qoyan, ittifaqlarımızı zəiflədən və düşmənlərimizi isə cəsarətləndirən illüziyalı sülhdür”, - deyə o, xəbərdarlıq edib. Bundan əlavə, Senatdakı respublikaçıların keçmiş lideri İkinci Dünya Müharibəsi ərəfəsində yaranmış vəziyyəti xatırladıb və deyib ki,o vaxt da dünya Hitleri sakitləşdirməyə çalışdı. MakKonnell bir daha vurğulayıb ki, Ukraynaya hərbi yardım göndərmək ABŞ-a Avropada müharibəyə cəlb olunmaqdan qat-qat az başa gəlir. McConnell həmçinin Trampın müşavirlərinin həqiqətən də hərbi çəkindirmə və “güc vasitəsilə sülh” prinsipinə sadiq olmalarını şübhə altına alıb.
Surxay Əliyev