Ermənistan İran-ABŞ danışıqlarının platformasına çevrilmək istəyir

İran rəsmi olaraq ABŞ-la dolayı yolla danışıqlar aparmağa hazır olduğunu bəyan edib. Ermənistanın xarici təhlükəsizlik səviyyəsinin yüksəldilməsi üçün dövlətimiz fəal şəkildə bu cür danışıqlar platformasına çevrilə bilsə,bundan ciddi fayda əldə edə bilər ki, bu heç də mümkünsüz deyil. Bu barədə qatı antitürk,antiazərbaycan xislətiylə seçilən erməni iranşünas Vardan Voskanyan öz Telegram kanalında yazıb. Voskanyan hesab edir ki,“Lakin ehtimal onun uğurla həyata keçirilməsi demək deyil, ona görə də bu məsələdə ilk addım kimi koordinasiyalı şəkildə işləyən iki erməni xüsusi nümayəndəsininin təyin edilməsi lazımdır.Onlardan biri İran, digəri isə Amerika istiqamətində işləməlidir. Bu, son dərəcə mürəkkəb və zəhmət tələb edən iş sahəsidir. Atılan addımlar uğurlu olarsa dövlətimizin gələcəkdə əldə edəcəyi faydalar,bütün bu ağır və çətin işlərin əvəzini tam ödəyəcək. Dövlətimiz və millətimiz qarşısında məsuliyyət, Azərbaycanın yaratdığı daimi “təhdidlər”i idarə etmək və zərərsizləşdirmək üçün məhz belə görünməmiş və cəsarətli addımlar atmaq və faydasız reallığı dəyişmək lazımdır”, - deyə erməni ekspert qeyd edib.
Surxay Əliyev