Qəzzanı boşaltmaq üçün hər yola əl atırlar...

“Axios” İsraildəki mənbələrə istinadən xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu İsrailin xarici kəşfiyyat xidməti Mossad-a Qəzza zolağından didərgin salınacaq çoxlu sayda fələstinlini qəbul etməyə razılıq verəcək ölkələri tapmağı tapşırıb. Görünür ABŞ prezidenti Donald Trampın anklavı bərpa etmək üçün iki milyon fələstinlinin hamısını Qəzzadan çıxarmaq təklifi heç bir yerə getməyib. “Bu yöndə daha kəskin mövqe tutan Netanyahu həm də çoxlu sayda fələstinlini, bəlkə də minlərlə kilometr uzaqlıqdakı ölkələrə yerləşdirməyin yollarını axtarır”,-bu barədə ABŞ mediası vurğulayır. İki İsrail rəsmisi və keçmiş ABŞ rəsmisinin sözlərinə görə,artıq iki yoxsul, münaqişəli Şərqi Afrika ölkəsi Somali və Cənubi Sudanla, həmçinin İndoneziya da daxil olmaqla digər ölkələrlə danışıqlar aparılıb.
Mənbələr Netanyahunun Mossad-a bu gizli missiyanı bir neçə həftə öncə verdiyini bildirib. İsrail fələstinlilərin Qəzzadan didərgin salamaq üçün bu addımı və digər tədbirləri həyata keçirir. Öz növbəsində Netanyahu və digər yüksək vəzifəli İsrail rəsmiləri HƏMAS-ın qalan girovları azad etməkdən imtina edəcəyi təqdirdə Qəzzanın daha çox hissəsini işğal edəcəkləri ilə hədələyiblər. O da məlum olub ki,İsrail rəsmiləri Qəzzaya kütləvi quru işğalını müzakirə edir, lakin bu barədə hələ qəti əmr verməyiblər.Hansı ki, bu əhalinin böyük hissəsini zolağın cənubundakı kiçik bir "humanitar zonaya" çevirəcək.
Surxay Əliyev