SEPAH ad çəkməsə də növbəti dəfə ABŞ-ı təhdid etdi

İranın Mehr agentkiyi xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Əlirza Təngsiri İranın hərbi imkanlarını önə çəkərək, raket arsenalları ilə bağlı hər hansı danışıqları,təhdidləri rədd edib. Əlirza Təngsiri İranın müdafiə mövqeyi ilə bağlı sərt açıqlamalar verərək, İrana qarşı istənilən hücuma sərt cavab veriləcəyini vurğulayıb.İranın qonşuları ilə sülh münasibətlərinə can atdığını vurğulayan Təngsiri Tehranın regionun digər ölkələri üçün təhlükə yaratmadığını deyib:-sitat-"Biz region ölkələrinə hər zaman dostluq əli uzadırıq. Müsəlman olaraq qonşu ölkələrə heç bir təhlükə törətmirik", - sitatın sonu. İranın heç kimlə müharibəyə başlamaq niyyətinin olmadığını bildirən Təngsiri lakin İranın və ya xalqının mənafeyinə edilən istənilən hücumun sərt cavabla qarşılanacağını vurğulayıb.
Hörmüz boğazının bağlanma ehtimalı ilə bağlı Tangsiri deyib ki, qərar yüksək vəzifəli məmurlara aid olsa da, SEPEH belə bir əmrin yerinə yetirilməsinə cavabdeh olacaq. Tangsiri İranın istənilən yerdə düşmən bazalarına hücum etmək qabiliyyətinə malik olduğunu da bildirib və əlavə edib ki, İrana hücum edilən istənilən yer cavab zərbəsinin hədəfi olacaq:-"Bizim düşmənin harada olmasından asılı olmayaraq onun bütün bazalarına zərbə endirmək imkanımız var. Əgər bizə hər hansı coğrafi mövqedən hücum edilərsə, biz də həmin mövqeyə cavab zərbəsi endirəcəyik".
Surxay Əliyev