Britaniyalılar ŞOKDA - məxfi sənədlər zibil qabından tapıldı!

Böyük Britaniyanın Nyukasl şəhərində küçədə tapılmış zibil torbasından çıxan sənədlərin həssas hərbi məlumatlar olduğu ortaya çıxıb. “Sky News”-un məlumatında deyilir ki, hadisə ilə bağlı Müdafiə Nazirliyi (MoD) araşdırma aparır. 16 mart tarixində şəhərin Skotsvud məhəlləsində tullantı torbasından tökülmüş vəziyyətdə aşkar olunan sənədlər qarnizonla bağlı məlumatları ehtiva edir. Hökumət məsələ ilə bağlı müvafiq tədbirlərin görüləcəyini açıqlayıb.
Sənədlərdə hərbçilərin rütbələri, iş qrafiki, elektron poçt ünvanları, silah paylanması qeydləri və hərbi obyektlərə giriş məlumatları yer alıb.
Mətləb Salahov