ABŞ və İsrailə gözdağı verən İran yeni yeraltı “raket şəhəri”ni təqdim etdi

Obyektin tanıtımı İranın ABŞ və İsraillə gərginlik dövrünə təsadüf edib. Yarı rəsmi xəbər agentliyi Tasnim-in məlumatına görə, Tehran çərşənbə axşamı İran İnqilab Keşikçiləri Korpusunun idarə etdiyi aerokosmik kompleksdə "yüzlərlə raket şəhərlərindən biri" olduğu iddia edilən yeraltı raket şəhərinin şəkillərini yayıb. Bu, bir aydan da az müddətdə elan edilən üçüncü oxşar obyektdir. İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, briqada generalı Məhəmməd Baqeri və İran İnqilabı Keşikçiləri Ordusunun Aerokosmik Qüvvələrinin komandanı, briqada generalı Əmir Əli Hacızadənin iştirakı ilə keçirilən mərasimdə İnqilab Keşikçiləri Korpusunun super raket şəhərlərindən biri təqdim edilib. Bildirilib ki, raket şəhərində "Xeybər " (1450 kilometr mənzilli), "Hacı Qasım" (1350 kilometr mənzil), "Qadir H" (1240 kilometr mənzil), "Secil" (1550 kilometr mənzil) və "İmad" (1050 kilometr mənzil) kimi minlərlə raket var. Görüntülərdə Baqerinin obyektin döşəməsinə sərilmiş İsrail bayrağının üzərindən addımladığı yer alıb. Baqiri açıqlamasında "İranın dəmir yumruğu əvvəlkindən qat-qat güclüdür. Düşmən bu güc balansında mütləq bizdən arxada qalacaq" deyib. İranın dövlət mediası Press TV-nin məlumatına görə, obyektin açılışı Donald Tramp administrasiyası və İsrail rejimi tərəfindən artan təhdidlərlə bir vaxta təsadüf edir. Bu vəziyyət İranı "vətənini müdafiə etmək üçün hərbi hazırlığını nümayiş etdirməyə" vadar etdi. Tehranın son bəyanatı ABŞ prezidenti Donald Trampın "Nüvə razılaşmasını yaxın iki ay ərzində qəbul edin, ya da nəticələrinə qatlanın" ultimatumundan sonra verilib.
Surxay Əliyev