Putin Ukraynada "Zelenskisiz idarə" modeli təklif etdi...

Rusiya prezidenti Vladimir Putin qeyri legitim hesab etdiyi hökuməti əvəz etmək üçün Ukraynada BMT, ABŞ və Avropa ölkələrinin himayəsi altında müvəqqəti administrasiya yaradılmasını təklif edib. Bu barədə o, “Arxangelsk” sualtı kreyserin dənizçiləri qarşısındda çıxış edərkən danışıb:- Sitat-"BMT-nin himayəsi altında ABŞ, Avropa ölkələri, tərəfdaşlarımız və dostlarımızla birgə demokratik seçkilərin keçirilməsi üçün Ukraynada müvəqqəti administrasiyanın yaradılması imkanlarını müzakirə etmək mümkündür", - sitatın sonu. Putin hesab edir ki, Ukraynada prezident seçkiləri keçirilmədiyi üçün Ukrayna prezidenti Vladimir Zelenski legitim dövlət başçısı sayıla bilməz. "Əgər o özü qeyri-qanunidirsə, deməli, qalanları da qeyri-qanunidir".O, həmçinin iddia edib ki, seçkilər olmadığı üçün hazırda ölkəyə Azov kimi “neonasist birləşmələr rəhbərlik edir”. Putin xatırladıb ki, xarici nəzarət təcrübəsi artıq BMT çərçivəsində - Şərqi Timorda, Papua Yeni Qvineyada və keçmiş Yuqoslaviyanın bir hissəsində tətbiq edilib.Daha sonra Rusiyanın bütün cəbhə xətti boyunca strateji üstünlüklərə malik olduğunu vurğulayan Putin Rusiya ordusunun Luqansk vilayətinin 99%-nə, Donetsk, Zaporojye və Xerson vilayətlərinin isə 70%-dən çoxuna nəzarət etdiyini qeyd edib. Eyni zamanda o vurğulayıb ki, Rusiya münaqişənin sülh yolu ilə həllinə hazırdır, lakin “bizim hesabımıza yox ”.
ABŞ Putinin bu təklifinə sərt reaksiya verib. Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü bildirib ki, Ukraynada idarəçilik onun konstitusiyası və xalqı tərəfindən müəyyən edilir.
Surxay Əliyev