Məşhur rus oliqarx həbs edildi - Moşkoviç 356 milyon dollarlıq dələduzluqda ittiham edilir...

Təxminən 2,7 milyard dollar sərvətlə Rusiyanın ən zəngin iş adamlarından biri olan Vadim Moşkoviç həbs olunub.
Külli miqdarda dələduzluqda ittiham olunan Moşkoviç, ona qarşı irəli sürülən ittihamları rədd edir. Ancaq buna baxmayaraq, Moskvanın Meşçanski məhkəməsi onun 2 ay müddətinə həbs olunmasına qərar verib.
Rusiyanın ən böyük kənd təsərrüfatı şirkətlərindən biri olan “Rusaqro”nun təsisçisi Moşkoviç Qərb ölkələrinin sanksiyalarından sonra şirkətdəki payını 50 faizdən aşağı salıb.
Rusiya mətbuatı yazır ki, Moşkoviç “Solneçniye Produkti” adlı şirkətin satın alınması zamanı 30 milyard rubla yaxın (təxminən 356 milyon dollar) dələduzluq etməkdə ittiham olunur.
Moşkoviçin saxlanmasının ardından Moskva birjasında “Rusaqro”nun səhmləri dünən 19,5 faiz, bu gün isə 14 faiz dəyər itirib.
TAHİR