Ukrayna Rusiyanın Engels aerodromuna zərbə endirdi

Yenilənmiş məlumata görə, Ukrayna Müdafiə Qüvvələrinin Rusiyanın Saratov vilayətindəki “Engels-2” aerodromuna endirdiyi zərbə nəticəsində düşmənin 96 qanadlı raketi məhv edilib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. "Göstərilən silahlar cari ilin mart-aprel ayları ərzində Ukrayna ərazisinə raket zərbələri endirmək üçün nəzərdə tutulmuşdu. Bundan əlavə, aviasiya yanacağının saxlandığı ərazilərə edilən hücumlar düşmənin əhəmiyyətli ehtiyatlarının məhvinə səbəb olub ki, bu da Rusiyanın döyüş əməliyyatlarını təmin etmək qabiliyyətinə mənfi təsir göstərib".
Surxay Əliyev