Türkiyə Təhlükəsizlik İdarəsi aksiyalarda saxlananlarla pis rəftar edilməsi iddialarına cavab verdi…

Türkiyə Təhlükəsizlik Baş İdarəsi (EGM) sosial media hesablarında paylaşılan “aksiyalarda saxlananlarla pis rəftar edilməsilə” bağlı iddiaların həqiqəti əks etdirmədiyini bildirib.
İdarənin bununla bağlı yaydığı açıqlamada Türkiyə polis təşkilatının qanunsuz fəaliyyətlərə qarşı üzərinə düşən vəzifəni böyük fədakarlıq, səbir və sağlam düşüncə ilə yerinə yetirdiyi bildirilib.
Nümayiş və etiraz aksiyaları zamanı saxlanılan şəxslərlə bağlı prosedurların qanuni qanunvericilik çərçivəsində ciddi və həssaslıqla həyata keçirildiyi vurğulanan açıqlamada aşağıdakı ifadələr yer alıb: "Bəzi sosial media hesablarında bilərəkdən saxlanılan şəxslərlə "pis rəftar"la bağlı yazılar yerləşdirilir. Bu, alçaqcasına yalandır. Polisimizə qarşı böhtan atan və bu böhtanı yayanlara qarşı qanuni tədbirlər görülür".
TAHİR