Ukrayna Rusiyaya qarşı sanksiyaların ləğvinə qarşı çıxdı

Qara dənizdə gəmilərə hücuma moratorium Kremlin əsas tələbi olan sanksiyaların yumşaldılmasından asılıdır. Lakin Ukrayna artıq Rusiyaya qarşı sanksiyaların ləğvinə qarşı çıxıb. Çünki Səudiyyə Ərəbistanındakı amerikalı müzakirəçilər arasında razılaşma Kremlə güzəştdən daha çox güzəşt təklif edir, Rusiya isə əslində sanksiyaların yüngülləşdirilməsi ilə bağlı heç nə etmir. The Guardian xatırladıb ki, Kreml kənd təsərrüfatı məhsulları və gübrələrə qarşı sanksiyaların ləğvini, Rosselxozbank bankının sanksiyalar siyahısından çıxarılmasını tələb edir. Jurnalistlər qeyd edirlər ki, əgər Putin bu istədiyinə nail olarsa, bu, Qərbin sanksiya siyasətindən ilk əhəmiyyətli geri çəkilməsi olacaq və Moskva üçün Ukraynayla müharibəni bitirmək üçün ikiqat sərfəlilik anlamına gələcək. Və Putin siyasi və hərbi güzəştlərə, habelə Rusiyanın beynəlxalq təcriddən çıxmasına çalışacaq. Almaniya Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutunda Rusiya iqtisadiyyatını araşdıran tədqiqatçı Janis Kluge yazır: “Razılaşmanın Rusiya metodu öz tələblərini Rusiyanın güzəşti kimi qələmə verərək amerikalılara satmaq, sonra isə sanksiyaların yüngülləşdirilməsini tələb etmək deməkdir”.Eyni zamanda razılaşmada "Ukraynanın Rusiya hərbi gəmilərinə hücum etməsinə icazə verilməməsi vurğulanır, əvəzində isə Rusiyanın Ukrayna gəmilərini yoxlaya bilməsi təklif olunur"
Nəşr qeyd edib ki, Qara dəniz razılaşması Ukrayna ətrafında diplomatiyanın əsaslı istiqamətləndirilməsini əks etdirir və Avropanı Rusiyanı cilovlamaqda daha da təcrid olunmuş vəziyyətə salır. Öz növbəsində Ukrayna Kremlə qarşı hər hansı bir sanksiyaların geri götürülməsinə qarşı çıxıb. “Görünür, Ağ Ev sanksiyaların yumşaldılması planlarını gizlədib”, - deyə nəşr yazır. Bununla bağlı jurnalistlər qeyd ediblər ki, heç bir tərəfə yaraşmayan bu sövdələşmə gec-tez iflasa uğrayacaq ,çünki ABŞ-ın Kremlə qarşı açıq-aşkar rəğbət ortadadır və bu vəziyyətdə onun münaqişədə vasitəçiliyi günbəgün artan suallar doğuracaq
Surxay Əliyev