Müxalifəti sərt şəkildə tənqid edən Ərdoğan Soljenitsındən sitat gətirdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AK) parlament qrupunun iclasında müxalif Cümhuriyyət Xalq Partiyasını (CHP) kəskin şəkildə tənqid edib. Onun çıxışı əsasənİstanbulun müxalifət tərəfindən idarə olunan bələdiyyələrində korrupsiya iddiaları üzərində qurulub. Ərdoğan İstanbul administrasiyasında və regional bələdiyyələrdə korrupsiya sxemlərinin miqyasına toxunaraq, onların “korrupsiya, oğurluq və qəsb sahəsində görünməmiş zirvələrə çatdıqlarını” bildirib. Prezident qeyd edib ki, araşdırmalar nəticəsində vəsaitlərin mənimsənilməsindən tutmuş rüşvətxorluğa qədər çoxsaylı qanun pozuntuları aşkarlanıb. “Əgər kimsə CHP-nin idarə etdiyi İstanbul bələdiyyələrində korrupsiya ilə bağlı serial çəkmək qərarına gəlsə,burda Braziliya televiziya seriallarından daha çox material tapa bilər”, – deyə Ərdoğan bildirib. Ərdoğanın çıxışında ən diqqət çəkən məqam isə onun Aleksandr Soljenitsındən gətirdiyi sitat olub: Sitat- “Onlar yalan danışırlar, biz də onların yalan danışdıqlarını bilirik,eyni zamanda onlar da bilirlər ki, biz onların yalan danışdığını bilirik”.-sitatın sonu. “Bütün bunlara baxmayaraq, müxalifət hələ də “utanmadan və vicdansızcasına yalan danışmağa” davam edir”, – deyə Ərdoğan bildirib. Prezidentin sözlərinə görə, bu sitat müxalifətin hazırkı vəziyyətini mükəmməl şəkildə xarakterizə edir: "Bəli, həm bələdiyyələrdə kök salmış cinayətkar təşkilatın üzvləri, həm də CHP rəhbərliyi bilərəkdən xalqa yalan danışırlar. Bəli, onlar bilərəkdən xalqın gözünə girir, şou göstərirlər.” – deyən Ərdoğan CHP rəhbərliyini iddialara məntiqli cavab verməkdənsə, insanları küçələrə çıxararaq, xaos,qalmaqalı yaratmaqda ittiham edib. Diqqət edin, onlar oğruya yox, onu tutana qəzəblidirlər, vəzifəsini yerinə yetirənləri yox, korrupsiyada əli olanları müdafiə edirlər”, - deyə Ərdoğan vurğulayıb. Türkiyə prezidenti müxalifətlə bağlı araşdırmaların arxasında hökumətin dayanması ilə bağlı ittihamları da rədd edərək, bu açıqlamaların CHP-nin daxili çəkişmələrin nəticəsi olduğunu bildirib. "Cümhuriyyət Xalq Partiyasının daxilində gedən vətəndaş müharibəsi səbəbindən korrupsiya sxeminiz ifşa olundu. Onsuz da pisliklərinizi gizlədə bilməyəcəksiniz. Barı sağa-sola şamur atmağı dayandırın", - deyə Ərdoğan yekunlaşdırıb.
Surxay Əliyev