“Signal” çat qalmaqalı böyüyür - Trampın beş yüksək rütbəli məmuru məhkəməyə verildi

ABC News xəbər verir ki, martın 25-də ABŞ-ın Yəməndə Husi yaraqlılarına qarşı əməliyyatın təfərrüatlarını müzakirə edən Siqnal söhbəti qalmaqalı böyüyür. Söhbətdə iştirak edən Tramp administrasiyasının beş yüksək səviyyəli rəsmisinə qarşı Vaşinqton federal məhkəməsi tərəfindən iddia qaldırıldığı bildirilir. “Amerika Nəzarəti” qeyri-hökumət təşkilatı hesab edir ki, bu cür söhbətlər üçün mesajlaşma proqramından istifadə edilmənin özü qanunların pozulması kimi dəyərləndirilməlidir. Belə ki,Təşkilat Federal hakimdən təcili olaraq "müttəhimlərə mühüm milli təhlükəsizlik qərarları qəbul etmək üçün Siqnalın icazəsiz istifadəsi üçün müəyyən edilmiş öhdəliklərə əməl etmələrini əmr etməsi" xahiş olunur. Müttəhimlər arasında Pentaqonun rəhbəri Pit Heqset, Milli Kəşfiyyatın direktoru Tulsi Qabbard, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkilff, Xəzinədarlıq katibi Skott Bessent, Dövlət Katibi Marko Rubio və başqalarının adı çəkilir.
Martın 25-də də kəşfiyyat rəhbərləri Gabbard və Retkliff hadisəni Senatın Kəşfiyyat Komitəsinə əsaslandıraraq söhbətdə heç bir məxfi detalların olmadığını bildirdilər. ABŞ prezidenti Donald Tramp administrasiyasının milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts yüksək vəzifəli şəxslərin Signal söhbətində The Atlantic redaktorunun səhvən qrupa qoşulmasına görə məsuliyyətini etiraf etməklə yanaşı,jurnalisti günahlandırmağa çalışıb.Tramp özü isə“Siqnal söhbəti” hadisəsindən sonra “Dərsini aldı ” və çox ciddi bir şeyin baş vermədiyini deyərək Mayk Uoltsu müdafiə edib.
Surxay Əliyev