Tramp yenə Ərdoğan haqda danışdı...

ABŞ prezidenti Donald Tramp Ankara səfirliyinə namizədliyini irəli sürdüyü Tom Barakı Ağ Evdə qəbul etdı. Tramp Barak ilə görüşündə Türkiyəni və prezident Ərdoğanı təqdir edərək, “Yaxşı ölkədir, lideri də yaxşıdır” deyib. ABŞ prezidenti Tramp Senatdan razılıq aldıqdan sonra dünyanın müxtəlif ölkələrinə gedəcək bəzi səfirlərlə Ağ Evdə görüşüb. ABŞ-ın Ankaradakı səfirliyinə namizədliyi irəli sürülən Barak digər səfirliyə namizədlərlə birlikdə mətbuata qısa açıqlama verib. Trampla işləməkdən məmnun olduğunu və ona təşəkkürünü bildirən səfirliyə namizəd Barak Türkiyəni “ən qədim sivilizasiyalardan biri” adlandırıb. ABŞ prezidenti Tramp isə Barakın bu sözlərinə “Türkiyə yaxşı ölkədir, lideri də yaxşıdır” –deyə qarşılıq verib
Surxay Əliyev.