Muxtar Respublikanın başçısı həbs edildi...

Moldova Respublikasının Qaqauz Muxtar Vilayətinin (Qaqauziya) rəhbəri Yevgeniya Qutsulun paytaxt Kişinyov hava limanında saxlanıldığı bildirilib. Moldovadakı Korrupsiyaya Qarşı Mübarizə Mərkəzinin verdiyi açıqlamada, Qutsulun 72 saat müddətinə saxlanıldığı bildirilib. Türkiyənin Anadolu Agentliyinin məlumatına görə verilən açıqlamada Qutsulun saxlanma səbəbi ilə bağlı məlumat verilməsə də, təfərrüatların daha sonra paylaşılacağı bildirilib. Qaqauz Muxtar Vilayətinin Xarici Əlaqələr Departamentinin direktor müavini Yuri Kuznetsov sosial media hesabında yaydığı paylaşımda Qutsulun xaricə buraxılmadığını,“Pasportu götürülərək, axtarışa verildiyi”ni bəyan edib. “Xalq Məclisi” adlı yerli şuranın sədri Dmitri Konstantinov isə jurnalistlərə bildirib ki, Qutsulun saxlanması ilə bağlı şura gün ərzində iclas keçirəcək. Qutsulun Türkiyəyə getmək istərkən saxlandığı xəbər verilir
Surxay Əliyev