FETÖ ilə müharibə hələ bitməyib - Fidanla Marko Rubio özəl müzakirə apardılar...

Türkiyənin xarici işlər naziri Hakan Fidan Vaşinqtonda Dövlət Departamentinin binasında ABŞ dövlət katibi Marko Rubio ilə danışıqlar aparıb.Diplomatik mənbələrdən verilən məlumata görə, tərəflər strateji əməkdaşlığın gücləndirilməsi istiqamətində mümkün addımları, dövlət başçıları səviyyəsində səfərə hazırlıq, eləcə də Ukrayna, Fələstin və Suriyadakı vəziyyəti müzakirə ediblər. Ankara əsas regional məsələlərlə bağlı gözləntilərini də dilə gətirib.Görüş zamanıHakan Fidan Suriyanın ərazi bütövlüyünü dəstəklədiyini və anti-Suriya sanksiyalarının ləğvinin vacibliyini vurğulayıb. Türkiyə həmçinin humanitar yardımın çatdırılması və ölkənin yenidən qurulması ilə bağlı koordinasiyanın artırılmasına çağırıb. Fidan İŞİD-lə mübarizədə ABŞ -la koordinasiyalı fəaliyyətin vacibliyini vurğulayıb. Görüşdə PKK/YPG ilə əlaqəli strukturların Suriya Demokratik Qüvvələrinin (SDG) tərkibindən çıxarılması və FETÖ də daxil olmaqla digər terror təşkilatlarına qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb. Eyni zamanda Rusiya-Ukrayna müharibəsi kontekstində Türkiyə tərəfi diplomatik nizamlanmaya davamlı dəstəyini xatırladıb və atəşkəsə nail olmaq üçün ABŞ-ın səylərinə kömək etməyə hazır olduğunu bildirib. Ayrı bir müzakirə mövzusu isə Qəzzadakı vəziyyət olub. Fidan Vaşinqtonu İsrail üzərindəki təsirindən daha fəal istifadə etməyə çağırıb və davamlı atəşkəsə tezliklə nail olunmasının və Qəzzaya humanitar yardımın çatdırılmasının vacibliyini vurğulayıb. Ankara həmçinin sanksiyaların ləğvi və Türkiyənin F-35 proqramına qaytarılmasının vacibliyini də açıqlayıb. Türkiyə tərəfinin fikrincə, müdafiə sənayesində maneələrin aradan qaldırılması və geosiyasi reallıqlar əsasında əməkdaşlığın qurulması ölkələr arasında 100 milyard dollarlıq ticarət dövriyyəsinə çatmağa kömək edəcək.
Surxay Əliyev