Ursula fon der Lyaye rədd cavabı aldı!

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyaye ciddi təpki ilə qarşılaşıb. Məsələ burasındadır ki, Cənubi Avropa dövlətləri Avropa Komissiyasının müdafiə xərclərini kreditlərə əsaslanaraq artırmaq planını rədd edirlər. “Politico” nəşrinin yazdığına görə, həmin ölkələr bu addımın borc yüklərini daha da artıracağından çəkinirlər.
Məlumata görə, Fransa, İtaliya və İspaniyanın başçılıq etdiyi bu müqavimət Komissiyanın Prezidenti Ursula fon der Lyayenin Avropanın hərbi muxtariyyətini gücləndirmə təşəbbüsünə əhəmiyyətli zərbə vurur. Qeyd edək ki, Ursula fon der Lyayenin 150 milyard avro məbləğindəki kredit paketini ehtiva edən təklifi müdafiəyə yeni böyük investisiyaları açmağı və blokun (Aİ-nin) ABŞ müdafiəsindən asılılığını azaltmaq məqsədi daşıyırdı.
Mətləb