"Bu şərtlərlə əməkdaşlığa hazırıq" - Çindən ABŞ açıqlaması

"Pekin Vaşinqtonla bərabərlik və qarşılıqlı hörmət prinsipləri əsasında əməkdaşlığa hazırdır." Bu barədə Çinin xarici işlər naziri Van İ Pekində ABŞ-Çin münasibətləri üzrə Milli Komitənin Direktorlar Şurasının icraçı sədr müavini Evan Qrinberqlə görüşündə bildirib. "Çin ABŞ ilə bərabərlik və qarşılıqlı hörmət əsasında dialoq və danışıqlar aparmağa hazırdır, məqsəd hər iki ölkənin əsaslı narahatlıqlarını aradan qaldırmaqdır", - o bildirib.
Nazir hesab edir ki, Çin-ABŞ münasibətləri inkişafın əhəmiyyətli mərhələsindədir. "Hər iki tərəf iki dövlətin liderlərinin mühüm konsensus və baxışlarını rəhbər tutmalı, mübadilələri gücləndirməli, qarşılıqlı anlaşmanı yaxşılaşdırmalı və fikir ayrılıqlarını aradan qaldırmalıdır", - o qeyd edib.
Mətləb Salahov