ABŞ-ın Rusiya ilə Ukraynasız ərazi müzakirəsi Zelenskini dilə gətirdi - bizimlə heç bir razılaşma olmayıb...

RBC-Ukrayna xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski jurnalistlərə bildirib ki, Birləşmiş Ştatlar Ukraynadakı müharibənin həlli üzrə danışıqlar zamanı Rusiya Federasiyası ilə ərazilər məsələsini müzakirə edir. Lakin ərazilərlə bağlı Kiyevlə heç bir razılaşma yoxdur.
"Düşünürəm ki, Amerika tərəfi ruslarla ərazilər haqqında danışır. Lakin biz ABŞ-ın Rusiyaya təsir etməsindən narahatıq"- deyə Ukrayna prezidenti qeyd edib. Zelenskinin sözlərinə görə, ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinə təsir etmək və bu müharibəyə son qoymaq üçün kifayət qədər gücü, rıçaqları və sanksiyaları var. Bununla belə, ABŞ və Rusiyanın Ukraynasız Ukrayna ilə bağlı nələrisə müzakirə etməsi Kiyevi narahat edir. "Onların ərazi məsələsini qaldırması başa düşüləndir. Amma ərazilərlə bağlı bizimlə heç bir razılaşma olmayıb. Onlar bilirlər ki, bu, ağrılı məsələdir", - deyə Zelenski əlavə edib. Ukrayna prezidenti vurğulayıb ki, Ukrayna əraziləri məsələsi Rusiya-Ukrayna müharibəsinin başa çatması prosesində ən çətin məsələlərdən biri olub və bu gün də belədir. "Mən əvvəldən bu barədə danışmışam. İnanıram ki, ruslarla ən çətin iki məsələ tam atəşkəs və ərazilər məsələsi olacaq. Ona görə də qarşıda çətin dialoq olacaq, amma olacaq", - deyə Zelenski yekunlaşdırıb.
Surxay Əliyev