ISW: “Rusiya Ukraynada atəşkəsdə yox, ABŞ-la əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır”

Kreml Ər-Riyadda keçirilən danışıqlar zamanı Ukraynaya dəstəyi zəiflətmək üçün rəvayətlərdən istifadə edir.Belə ki, Müharibə Araşdırma İnstitutunun (ISW) hesabatında deyilir ki, Rusiya atəşkəsdən deyil, ABŞ-la ikitərəfli münasibətlərin dərinləşməsindən və sanksiyaların məhdudlaşdırılmasından faydalanır. Qeyd olunur ki, yəqin ki, Kreml rəsmiləri ABŞ, Ukrayna və Rusiya nümayəndə heyətləri arasında martın 23-ü və 24-də Ər-Riyadda keçirilən danışıqlar barədə müfəssəl məlumatın olmamasından sui- istifadə etməyə çalışırlar. Rusiyanın xarici işlər naziri Sergey Lavrov ukraynalıları müstəqillikdən məhrum “yaxşı yetişmiş nasist” olmaqda ittiham edib. ISW əminliyinu bildirir ki, bu, Kremlin Ukraynada müharibəni dayandırmaq üçün şərt kimi irəli sürdüyü “denazifikasiya” – yaxud rejimin dəyişdirilməsi və Kiyevdə rusiyapərəst marionet hökumətin qurulması tələbini əsaslandırmaq səylərinin bir hissəsidir.
Surxay Əliyev